Gələn il 12 mindən yuxarı uşaq məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq.

Operativ.tv-nin Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12 400 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.