General Qasim Süleymani və Əbu Mehdi Mühəndis ABŞ hücumları zamanı öldürüldü

İran İnqilabı Keşikçiləri Korpusunuun (SEPAH) "QÜds" qanadının komandanı, general Qasim Süleymani General Süleymaninin ABŞ qüvvələri tərəfindən terror edilməsi təsdiq edilib.

 

 

Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani və Əbu Məhdi Muhəndis öldürülüb.

 

 

 

Bu barədə "Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanalları bildirib.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin ölümünü təsdiq edib.

 

Pentaqon İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Pentaqondan bildiriblər ki, İraqın paytaxtı Bağdadda iranlı generalın öldürülməsi ilə əlaqədar əməliyyat ölkə prezidentinin sərəncamı ilə həyata keçirilib.

 

Bildirilir ki, ABŞ Bağdadda "İranla əlaqəli iki hədəfə" zərbələr endirdiyini təsdiq edib.

 

İranın Ali Milli Təhlükəsizlik Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar təcili iclas keçirəcək.

 

Bunu Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosvari deyib.

 

Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub. 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.