General Qasim Süleymani işində 124 nəfər haqqında iddia hazırlandı

İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandiri Süleymaninin 2020-ci ilin yanvarında Bağdadda ABŞ-a məxsus PUA-lar tərəfindən öldürülməsi ilə bağlı 124 nəfərə qarşı ittiham çıxarıldığını bildirib. Ölümünün ikinci ildönümü yaxınlaşdıqca Qasim Süleymani işi üzrə xüsusi məhkəmənin yaradılması gündəmdədir. İranın rəsmi mediası bildirib ki, rəsmilərin sui-qəsddə 48 nəfərin, o cümlədən ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Pentaqon komandirləri, rəsmiləri və regiondakı ABŞ əsgərlərinin əli olduğunu elan etdikdən sonra 124 şübhəlinin şəxsiyyəti müəyyən edilib. Mehr və İSNA xəbər agentlikləri bildiriblər ki, məhkəmə sistemi Süleymani işi ilə bağlı bir neçə fayl üzərində işləyir. Ədliyyə Sisteminin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Əli Rıza Səidi bildirib ki, İran Süleymani işinin təqibi üçün 5 ölkəyə məhkəmə nümayəndəliyi təqdim edib. İraq hökuməti ilə birgə araşdırmalara toxunan Səidi ötən həftə “məqbul” görüşün keçirildiyini qeyd edib.