G7-dən Rusiya qərarı... Ağ Evdən açıqlama gəldi

Dünyanın gözü və qulağı G7 sammitindədir. Rusiyaya qarşı daha bir sanksiya qərarı Almaniyanın ev sahibliyi etdiyi tarixi sammitdən gəldi. Ağ Ev sanksiya qərarını dünyaya açıqladı.
G7 ölkələrinin liderləri Almaniyada bir araya gəldi.
Operativ.tv Hürriyet -ə istinadən xəbər verir ki, Rusiyaya qarşı daha bir sanksiya qərarı dünən başlayan sammitdən gəldi.
ABŞ Rusiyanın müdafiə sənayesini hədəf alan G7 yeni sanksiyaları tətbiq edib.
Ağ Evin bəyanatında deyilir: “G7 liderləri Rusiyanın Rusiya silah sənayesini dəstəkləyə biləcək Qərb texnologiyalarına çıxışını daha da məhdudlaşdırmaq üçün məqsədyönlü sanksiyaları genişləndirəcək”.
Açıqlamada bu addımın Rusiyanın itirilmiş hərbi texnikanı əvəz etməsinə mane olacağı vurğulanıb.
Kritik görüşdən əvvəl ABŞ prezidenti Co Bayden bəyanatla çıxış edib.
ABŞ prezidenti Twitter hesabından verdiyi açıqlamada müharibə səbəbindən Rusiyadan qızıl idxalına qadağa qoyulacağını açıqlayıb.