G-7 sammitində Amazondakı yanğınların söndürülməsinə vəsait ayrılıb

G7 ölkələri Amazondakı meşə yanğınlarının söndürülməsinə yardım üçün 20 milyon avro ayıracaq.
 
Bu barədə "Trend" İA xəbər verib.
 
Xəbərə görə, bu barədə Fransa prezidenti Emanuel Makron bildirib.
 
Biarritzdə keçirilən G7 sammitində çıxışı zamanı o qeyd edib ki, qrup ölkələri təcili şəkildə Amazondakı yanğınlara təqribən 20 milyon avro məbləğində yardım edəcək.
 
Sözügedən regionda uzun müddətdir davam edən meşə yanğınlarının əhatə etdiyi ərazi ötən il ərzində əhatə olunmuş sahədən 82 faiz artıqdır. Bu ilin əvvəlindən Braziliyada 78 mindən artıq meşə yanğını ocağı qeydə alınıb. Bu da 2013-cü ildən etibarən ən böyük göstəricidir.
 
Beynəlxalq birliyin tənqidindən sonra ölkə rəhbərliyi yanğınların qarşısını almaq üçün ordunu da cəlb edib.