Əfv Komissiyasının sonuncu iclasının vaxtı bilinib, 500-dən çox müraciətə baxılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə APA-ya istinadən Operativ.tv Əfv Komissiyasının üzvü Rəşad Məcid-ə istinadən məlumat verib. O bildirib ki, bu gün 100-dən artıq müraciətə baxılıb. Komissiyanın sonuncu iclası mayın 23-də keçiriləcək. Qeyd edək ki, Komissiyanın bundan əvvəlki iclaslarında 400-dən artıq müraciətə baxılıb.

Xatırladaq ki, missiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.