Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

Bu vəzifə Vüqar Məmmədə həvalə olunub.

Təyinat AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq gerçəkləşib.

Mütəxəssisin yığmanın baş məşqçisi postunda təsdiqlənməsi isə qurumun İcraiyyə Komitəsinin iclasında rəsmiləşəcək.

Qeyd edək ki, V.Məmməd bunadək U-19 yığmasının baş məşqçisi idi. Onun rəhbərliyi altında Avropa çempionatının elit-raunduna yüksələn yığmamız ötən ay keçirilən mərhələdə qrup sonuncusu olub. 

Facebook