Futbol oynamaq istədilər, cərimələndilər

Oğuzda futbol oynamaqla karantin rejimini pozan şəxslər cərimələnib.

Operativ.tv-nin DİN-ə istinadən məlumatına görə, polislər Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq futbol oynadıqlarını müəyyən ediblər. 

Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, onlar cərimə ediliblər.