Fusaku Şigenobu təxminən 22 ildən sonra azadlığa çıxıb

1974-cü ildə Hollandiyadakı Fransa səfirliyinə basqın etməkdə təqsirli bilinən Yaponiya Qırmızı Ordunun üzvü Fusaku Şigenobunun Yaponiya həbsxanalarında təxminən 22 il həbsdən sonra azadlığa buraxılıb.
Operativ.tv Al-Mayadeen-ə istinadən xəbər verir ki, 76 il həbs cəzası alan Qırmızı Ordunun üzvü Fusaku Şigenobu Tokioda 21 il yarım həbsdə qalandan sonra azad edilib.
Şigenobu 1945-ci ildə Yaponiyada anadan olub, universitetdə oxuyarkən antiimperialist hərəkata qoşulduqdan sonra Yaponiyanın Qırmızı Ordusuna qoşulub. Keçən əsrin yetmişinci illərinin əvvəllərində bir qrup yoldaşları ilə birlikdə Beyruta siyasi səfər edib.
Beyrutda o, “Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi”nin sözçüsü və yazıçı Qassan Kənafani ilə görüşüb, onunla Mərkəzi Media Departamentində çalışıb, “Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi”nin sıralarına qoşulub. Cəbhə üçün filmlərin və media materiallarının hazırlanmasında iştirak edib, həmçinin Cəbhənin bir çox mövqelərini və siyasi sənədlərini yapon dilinə tərcümə etmişdir.
2000-ci ilin noyabrında Yaponiyaya qayıtdıqdan sonra o, 1974-cü ildə Hollandiyadakı Fransa səfirliyinə basqın etdiyinə görə 2005-ci ildə həbs olunub və istintaqa cəlb edilib.