Fuad Muradov Avstriyada yaşayan azərbaycanlılarla görüşüb

Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyada yaşayan azərbaycanlılarla görüşü keçirilib.

Dövlət Komitəsindən Operativ.tv-yə verilən məlumata görə, dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan dərnəklərinin rəhbərləri, azərbaycanlı icmanın fəal üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov çıxış edərək azərbaycanlı icması və diaspor təşkilatları ilə əməkdaşlıqdan danışıb. O qeyd edib ki, bu əməkdaşlıq azərbaycançılıq ideologiyasının təbliğinə, icmanın doğma dilimizə, tariximizə, mədəniyyətimizə və tarixi Vətənə daha sıx tellərlə bağlanmasına xidmət edir.

Diplomatik nümayəndəliyin soydaşlarımızın qarşılaşdığı problemlərin həllində yaxından iştirak etdiyi vurğulanıb.