Fransada supermarketə silahlı basqın olub

İki nəfərin öldüyü, 12 nəfərin yaralandığını hadisəni İŞİD öz üzərinə götürüb

Fransanın Treb şəhərində supermarketə silahlı basqın olub.

“Euronews”-un məlumatına görə hadisə zamanı 2 nəfər ölüb. Şəhər meri açıqlamasında 12 nəfərin yaralandığını, bütün girovların azad edildiyi bildirib.

Hadisəni törədənin İŞİD üzvü olduğu deyilir.

Silahlı şəxs mağazaya girərkən “Allahu əkbər” qışqırıb və İŞİD üzvü olduğunu bildirib. Hadisə yerli vaxtla saat 11-də baş verib.

Bundan əvvəl o, Trebdən 10 kilometr aralıda yerləşən Karkason şəhərində polisləri atəşə tutub, nəticədə 1 polis əməkdaşı yaralanıb.