Fransada marketə hücum edən İŞİD-çi tələbini irəli sürüb

Fransanın Treb şəhərində supermarketə hücum edən terrorçu tələbini irəli sürüb.
 
"Reuters"ə istinadən xəbər verilir ki, o, polisdən Parisdə 3 il öncə Parisdə 129 nəfərin ölümünə səbəb olan terror aktının iştirakçılarından olan Salah Abdesselamınazadlığa buraxılmasını tələb edib.
 
Terrorçu həmçinin canlı yayımda İŞİD-ə bağlılıq andı içdiyi bildirilir.
 
Fransa mətbuatının məlumatına görə, girovlar qaçaraq terrorçunun əlindən qurtula bilib. Hazırda marketdə yalnız bir polis işçisinin və terrorçunun qaldığı bildirilir.
 
Trebə gedən Fransanın daxili işlər naziri Cerard Kollombəməliyyatın davam etdiyini açıqlayıb.
 
BFM TV-nin son dəqiqə məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb. 
***16.10 
 
Fransanın Treb şəhərində İŞİD-çinin supermarketə hücumu zamanı iki nəfər həlak olub.
 
Qaynarinfo zəbər verir ki, bu barədə AFP polisdəki mənbələrə istinadən məlumat yayıb. Ölənlərdən birinin marketdə çalışan qəssab olduğu bildirilir.
 
Treb bələdiyyəsinin sədri BFM TV-yə açıqlamasında iki nəfərin yaralandığını deyib. "Reuters"ə danışan polisdəki mənbə isə içəridə 8 nəfərin girov saxlandığını bildirib. 
 
Yerli polisin rəisii Jean-Valeri Lettermann "Təəssüf ki, bir nəfərin öldüyünü təxmin edirik. Amma içəriyə həkim göndərə bilmirik" deyib.
 
***15.45
 
Fransanın cənubunda yerləşən Treb şəhərində naməlum şəxs supermarketə hücum edib.
 
Qaynarinfo xəbər verir ki, həmin şəxs bi neçə market işçisini girov götürüb.
 
Məlumata görə, "Super U” adlı marketə daxil olan silahlı şəxs ətrafdakılara atəş açmağa başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Polis rəsmiləri ölənlərin sayının artacağını istisna etməyib. 
 
Həmin silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu bildirilib. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.