Fransada İslam dini əleyhinə hücumlar artdı

Fransada 2020-ci ildə İslam dininə qarşı hücumlar daha da artıb.

 

Bu barədə məlumatı Fransa İslamafobiyaya nəzarət Mərkəzinin sədri Abdullah Zəkri açıqlama verib.

 

O, açıqlamasında bildirib ki, Fransada İslam dininə hücumlar 2020-ci ildə 53 faiz daha da artıb.

 

"Hücumlar ən çox Rhones-Alpes, Paka və paytaxt Paris şəhərlərində müşahidə olunub. Hökumət İslam dini əleyhinə siyasəti dayandırsa ölkədə İslamafobiya da dayanacaqdır", - deyə Abdullah Zəkri diqqətə çatdırıb.