Fransada bir sutkada yeni koronavirusa 3 yoluxma hadisəsi qeydə alınıb. Bu barədə CNN yazıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 17-yə çatıb.
Məılumatda bildirilir ki, bir gündə ölümcül virus 1 nəfərin həyatına son qoyub. Bununla da Fransada koronavirusdan ölənlərin sayı 2-yə çatıb.
Qeyd edək ki, son günlər koronavirus Avropada geniş şəkildə yayılmağa başlayıb. Hazırda İtaliyada ölümcül virusa yoluxanlaırn sayı 200-dən çoxdur. Onlardan 7-i dünyasını dəyişib.
Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti ÜST-ü Uxan şəhərində naməlum sətəlcəm növünün yayılması ilə əlaqədar xəbərdar edib. Yanvarın 7-də çinli mütəxəssislər xəstəliyi 2019-nCoV koronavirusunun törətdiyini müəyyən ediblər.
Fransada daha bir nəfər koronavirusdan öldü