Fransa vətəndaşlarını İrana səfər etməməyə çağırıb

İranda Fransa vətəndaşının saxlanılmasından sonra rəsmi Paris vətəndaşlarını İrana səfər etməməyə çağırıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb.

Nazirlik məlumatda ölkə vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib.

Məlumata görə hazırda İranda dörd fransalı var iki onların bəzisi ikili vətəndaşlıdırlar.

Qeyd edək ki, İran da bir sıra Avropa dövlətlərində diplomatlarının və vətəndaşlarının saxlanılması və həbsə məhkum edilməsi ilə bağlı etirazlarını bildirir. Son zamanlarda Belçikada İranla məhbusların mübadiləsi ilə bağlı qanun layihəsinin hazırlanması istiqamətində addımlar atılıb.