Fransa ərzaq böhranından çıxmaq üçün gözlərini Afrika torpaqlarına dikib

Fransa Ukrayna-Rusiya müharibəsinin səbəb olduğu və bütün dünyaya təsir edən ərzaq böhranını aradan qaldırmaq üçün Afrika qitəsində, xüsusilə Seneqalda əkin sahələrini istifadə etmək üçün hərəkətə keçib.
Operativ.tv Haber 7-yə istinadən verdiyi məlumata əsasən, Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Ukraynada Avropanın taxıl anbarı kimi tanınan 40 milyon ton taxıl ehtiyatının ixracının qarşısı alınıb. Buğdanın qiymətlərinin son 14 ilin ən yüksək səviyyəsinə qalxaraq kasıb ölkələri də ərzaq böhranı ilə üz-üzə qoyub.
Avropanın taxıl idxalının 40 faizinin Rusiya və Ukraynanın payına düşməsi Avropa ölkələrinin bu böhrandan ən çox təsirlənməsinə səbəb olmuşdur.
Dünyanın ən böyük taxıl məhsulları istehsalçılarından biri olan Hindistanın ölkədə artan temperaturun quraqlığa səbəb ola biləcəyini əsas gətirərək kənd təsərrüfatı məhsullarına embarqo qoyması Avropanı qida böhranı və təhlükəsizliyi mövzusunda təşvişə salıb.