Fransa prezidentinin hökumət üzvlərinin 12-si istefa verib

Fransa prezidenti Emmanuel Makron hakimiyyətə gələndən etibarən hökumətin 12 üzvü istefa verib.
 
"Report" xəbər verir ki, bu gün istefa verən Fransanın təqaüd üzrə ali kommissarı Jean-Paul Delevoye hökuməti tərk edən 16-cı, istefa verən 12-ci üzvüdür.
 
E.Makronun hökumətini tərk edən hökumət üzvlərinin yalnız 1-i siyasi fikirlərində yaranan ziddiyyətlər səbəbindən vəzifəsini tərk edib. Əksəriyyəti isə qanunsuz fəaliyyətdə şübhəli bilindikləri üçün vəzifədən getməli olublar.
 
Fransanın təqaüd üzrə ali kommissarının istefa verməsinə səbəb dekabrın 5-dən ölkədə xaosa səbəb olan kütləvi etiraz aksiyaları olub. Aksiyaların 13-cü günü təqaüd sistemində islahatlara qarşı çıxış edən milyonlarla insanın tələbi hələ də təmin edilməyib.