Fransa hərbçiləri dinc insanları qətlə yetirdi

Burkina-Faso ərazisindən keçərək Malinin Qao şəhərinə doğru irəliləyən Fransa silahlı qüvvələrinə məxsus hərbi karvan yerli sakinlər tərəfindən hiddətlə qarşılanıb. İnsanlar yolu bağlamağa cəhd edib.

Az.shafaqna.com “Oxu.az”-a istinadən xəbər verir ki, nəticədə fransız hərbçilər etirazçılara atəş açıb.

İnsident nəticəsində iki mülki şəxsin öldürüldüyü bildirilir.

Qeyd edək ki, Fransa Silahlı Qüvvələrinin sözügedən bölgədə 4 500 hərbçisi var.