Əfqanıstanın şimal-qərbində bir rayon Talibanın nəzarətindən çıxıb

 Əfqanıstanın Bədəxşan əyalətinin Şoki rayonu Taliban qüvvələrinin nəzarətindən çıxıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin mətbuat katibi Sibğətullah Əhmədi tvitter səhifəsində yazıb.

O bildirib ki, “Milli Müqavimət Cəbhəsi”nin qüvvələri Bədəxşanın Şoki rayonunu Taliban qüvvələrindən azad ediblər.

Bundan öncə “Milli Müqavimət Cəbhəsi”nin qüvvələri Talibanın rayon üzrə nümayəndəsi Məhəmməd Rəhmanın, onun müavini və hərəkatın əyalət üzrə 10 digər mühüm şəxslərinin əsir götürüldüyünü bildiriblər. “Milli Müqavimət Cəbhəsi” bu barədə video yayımlayıb.

Taliban hökuməti hələ bu məlumatı təsdiqləməyib.