Əfqanıstanda zəlzələdə ölənlərin sayı 950-ni ötüb

Əfqanıstanın şərqində yerləşən Paktika və Host əyalətlərində ötən gecə baş vermiş 6 ballıq zəlzələdə ölənlərin sayı 950-ə çatıb. ABŞ Geoloji Müşahidə mərkəzinin məlumatına görə 6,1 bal gücündəki zəlzələ insanların yatdığı ilkin saatlarda baş verib və episentri 51 km dərinlikdə yerləşib. Operativ.tv APA-ya istinadən xəbər verir ki, fəlakət nəticəsində 600 nəfər yaralanıb. Ölənlərin sayının artacağı bildirilir.