Əfqanıstanda partlayışda öldürülən daha iki “Taliban” liderinin adları açıqlanıb

Əfqanıstanın Pəktika vilayətində Pakistanda qadağan olunan TTP (“Təhrik-e-Taliban Pakistan”) terror təşkilatının yüksək rütbəli rəhbəri Ömər Xalid Xorasaninin partladıldığı avtomobildə qruplaşmanın daha iki lideri ölüb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə TTP-nin sözçüsü Məhəmməd Xorasani məlumat verib.

Bildirilir ki, partlayıcı quraşdırılmış avtomobildə Müfti Həsən və Hafiz Daulat Xan da olublar. Onlar 2014-cü ildə “Taliban”ın Pakistan qolunun bir sıra digər liderləri ilə İŞİD terror qruplaşmasına qoşulması ilə tanınırdılar.
Qeyd edək ki, Ömər Xalid Xorasani Əfqanıstanın paytaxtı Kabildə “Taliban” hərəkatının Pakistan nümayəndə heyəti ilə danışıqlar aparanların arasında olub.
Pakistan hakimiyyəti və TTP apreldə danışıqlar masasına qayıdıb. Bu, İslamabadın Əfqanıstandakı “Taliban” hökumətinə transsərhəd terror hücumlarına daha dözümlə yanaşmayacaqlarına dair açıq mesaj göndərməsindən və TTP-yə qarşı sərt tədbirlər tələb etməsindən sonra baş verib. Mayın sonunda tərəflər Kabildə atəşkəsin qeyri-müəyyən müddətə uzadılması və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.