"Əfqanıstanda matəm mərasimlərini qan gölünə çevirənlər zamanımızın Yezidləridir"

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi sionist rejimin İsrailin Qəzza zolağına qarşı hücumuna işarə edərək deyib: Sionist rejimin cinayətlərinə qarşı müqavimət, şübhəsiz ki, bu rejimi zəiflədəcək.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi Məhərrəm ayı münasibətilə başsağlığı verib.

Rəisi çıxışında bildirib:

"Sionist rejim şənbə günü axşam Qəzza zolağına hücumu ilə dünyaya bir daha işğalçı və təcavüzkar mahiyyətini göstərdi. Lakin Qəzza xalqının müqaviməti uşaq öldürən bu rejimin çöküşünü sürətləndirir".

İran prezidenti həmçinin ABŞ və sionist rejimin muzdlularının fitnələrinə də toxunub:

"Əfqanıstanda matəm mərasimlərini qan gölünə çevirənlər zəmanəmizin yezidləridir. Onlar imperialistlərin əsgərləridir. Müsəlmanlar arasında təfriqə salmaq istəyirlər. Əfqanıstan hökuməti bu qatilləri tapmalı və təhlükəsizliyi təmin etməlidir".