Əfqanıstan paytaxtında Məhərrəmlik məclisinə edilən hücumda şəhidlərin sayı səkkizə çatıb

Ötən gün axşam saatlarında Kabildə Məhərrəmliyin əzadarlıq məclisinə edilən hücumda azı səkkiz nəfər ölüb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Kabildə əsasən şiə həzarələrin olduğu Məhərrəmlik mərasimində partlayış törədilib.

Burada səkkiz nəfər şəhid olub və 18 nəfər yaralanıb.

Ölənlər arasında qadın və uşaqlar da var.

Az keçməmiş İŞİD-ə bağlı olduğu deyilən sosial şəbəkələrdəki hesablar hücumu üzərinə götürüblər.

Taliban bəyanat verərək, hadisəni kəskin qınayıb və cinayətkarların cəzalandırılacağını bildirib.

Həmçinin İran XİN Taliban hökumətindən əzadarlıq məclislərinin təhlükəsizliyini təmin etməyi və cinayətkarların aşkarlanması və cəzalandırılmasını istəyib.