Əfqanıstan partlayışda ölənlərin sayı 32 nəfərə çatıb

Əfqanıstanın paytaxtı Kabilin qərbində tədris mərkəzində baş verən partlayışda 32 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, Taliban hərəkatının nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışın imtahan vaxtı baş verdiyi qeyd olunub.