Fəqan Məmmədova hökm oxundu: 6 il-VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə məhbusu Fəqan Məmmədovun son məhkəmə iclası keçirilib. Bundan öncəki məhkəmədə dövlət ittihamçısının 7-il azadlıqdan məhrum olma cəzası istədiyi F. Məmmədova hakim 6-il cəza verib. Məhərrəmiliklə əlaqədar Gəncəyə üzərində “YA HÜSEYN” yazılmış köynəkləri aparma səbəbinə görə saxlanıldığını bir daha söyləyən Fəqan onu narkotiklə ittihamlarını iyrənc addım olaraq adlndırıb və özünə bəraət istəyib.

Qeyd edək ki, ictimai fəal, inanclı, 1986-cı il təvəllüdlü Gəncə sakini Məmmədov Fəqan Sədrəddin oğlu 2021-ci ilin 2 sentyabr tarixində dostu Arif Orucov və Şəhid qardaşı Ümid Zalovla birgə yoxa çıxıb. Yaxınları sonradan onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını öyrənib. Yaxınları Fəqan Məmmədovun dostları ilə birlikdə Bakıdan üstünə "Ya Hüseyn" yazılan köynəkləri Gəncəyə apardıqları üçün oğurlandığını deyiblər. Fəqan Məmmədov məhkəmə dövründə istintaq zamanı ona verilən dəhşətli işgəncələr haqqında açıqlamalar verir. Fəqan Məmmədov deyir ki, üstünə "Ya Hüseyn" yazılan köynəyin Bakıdan Gəncəyə aparılması əgər cinayətdirsə, bu cinayətə görə verilən cəzanı çəkməyə hazırdır. O, Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi ilə - külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması -maddəsi ilə ittiham edilirdi.