Formula 1 Bakı Qran Prisinin keçiriləcəyi tarix dəqiqləşib

Formula 1 Bakı Qran Prisinin keçiriləcəyi tarix dəqiqləşib

Beynəlxalq Avtomobil Federasiyası "Formula 1” üzrə 2020-ci il mövsümünün təqviminin ilkin variantını açıqlayıb.
 
Bu barədə "Report.az" xəbər verib.
 
Qurumdan verilən məlumata görə, Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək. 
 
Bu, paytaxtda reallaşacaq 5-ci "Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək. 

Facebook