Fələstinli əsir qadın İsrail həbsxanasında şəhid oldu

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, fələstinli məhbus qadın Sadie Fərəcallah işğal rejiminə aid Deymon həbsxanasında şəhid olub.
Məhkumlar İnformasiya İdarəsi mövzu ilə bağlı açıqlamasında Hebron şəhərinin qərbindəki İzna qəsəbə sakini 68 yaşlı məhbus qadın Sadie Fərəcallahın həbsxana həyətində olarkən şəhid olduğunu açıqlayıb.
Qeyd olunub ki, fələstinli məhbus qadın dörd oğlan və dörd qız olmaqla səkkiz uşaq anası olub və 18 dekabr 2021-ci ildə əl-Xəlil şəhərinin Köhnə Bəldə səmtindəki İbrahim əl-Xəlil məscidi yaxınlığında işğalçılar tərəfindən döyülərək saxlanılıb. 
İşğal rejimi məhbus qadın Sadie Fərəcallahı İbrahim əl-Xəlil məscidi ərazisində bir yəhudi köçkünü bıçaqlayaraq yaralamaqda ittiham edib.
Fələstinli məhbus qadın 1987-ci ildə Birinci İntifada zamanı da saxlanılıb və 2017-ci ildə inzibati həbsə məhkum edilib. 
İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Hazim Qasim, Sadie Fərəcallahın ölümünün sözün əsl mənasında qətl olduğunu və işğalçı qüvvələrin fələstinli məhbus qadının qocalığını vecinə almadığını bildirib.
Qasim işğal rejiminin qurumlarının sadizminə və işğal rejiminin zindanlarında fələstinli məhbuslara qarşı məqsədyönlü şəkildə tətbiq edilən tibbi laqeydlik siyasətinə də diqqət çəkib.

Fələstin İnformasiya Mərkəzi