Fələstinli qız 1 aya Qurani-Kərimi tam əzbərlədi

Fələstinli yeniyetmə qız cəmi 1 aya müqəddəs Qurani-Kərimi tam əzbərləyib.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, Cani Ədəm Naim Aşur 13 yaşındadır.

O, Qəzza sektorundandır.

Bu yaxınlarda isə onun təltifetmə mərasimi baş tutub və onu bu böyük nailiyyəti münasibətilə təbrik edərək mükafatlandırıblar.