Fələstindən Əl-Əqsa Məscidi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Fələstin ABŞ və beynəlxalq ictimaiyyəti Məscidül-Əqsa altında və ətrafında qazıntı işlərini dayandırmaq üçün işğalçı "İsrail" rejiminə təzyiq göstərməyə çağırıb.
Fələstin Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada sionist işğalçı İsrailin Məscidül-Əqsa altında qazıntıları dayandırması, Əqsadakı status-kvoya riayət etməsi və İslami Vəqflər İdarəsinin səlahiyyət və öhdəliklərinə hörmət etməsi üçün ABŞ və beynəlxalq ictimaiyyəti təcili müdaxilə etməyə çağırıb. 
“İşğal qurumları və onların səlahiyyətli bölmələri tərəfindən müqəddəs Məscidül-Əqsa altında və ətrafında həyata keçirilən yəhudiləşdirmə layihələrini şiddətlə qınayırıq” deyilən açıqlamada bu vəziyyətə çox gec olmadan müdaxilə edilməli olduğu vurğulanıb.
Açıqlamada, sionist İsrailin sözügedən qazıntıların məqsədinin yəhudi tarixinə dair bir tapıntıya çatmaq olduğu, lakin İsrailin Şərqi Qüdsü işğal etdiyi 1967-ci ildən bu yana apardığı arxeoloji qazıntılara baxmayaraq, bir tapıntıya rast gəlmədiyi vurğulanıb.
Fələstin Xarici İşlər Nazirliyi “Məscidül-Əqsa başda olmaqla, Qiblə Məscidinin altındakı məscidin təhlükə altında olduğunu” vurğulayaraq, aparılan qazıntılar nəticəsində Əqsa sütunlarında çatlar əmələ gəldiyini və bəzi yerlərdə daşların düşməyə başladığını qeyd edib.