Fələstin müqaviməti "Hizbullah"a dəstək oldu

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin müqavimət hərəkatları birgə bəyanat ilə çıxış ediblər.   Bu barədə HƏMAS hərəkatının mətbuat xidmətindən məlumat verilib.   Məlumatda vurğulanır ki, Fələstin müqavimət cəbhəsi Avstraliya hökumətinin Livanın "Hizbullah" hərəkatına qarşı qərarına etiraz edir.   "Bu qərar ABŞ-ın və İsrail rejiminin maraqlarına xidmət edir. Əslində məqsəd ABŞ-ın dünyadakı müstəmləkə siyasətini dəstəkləməkdir", - deyə bəyanatda diqqətə çatdırılıb.