Fələstin Müqavimət Qrupları: Qüdsün qılıncı qınında deyil

Operativ.tv Rasthaber-ə istinadən məlumatına görə, çərşənbə axşamı Fələstin müqavimət qrupları sionist yəhudi mühacirlər tərəfindən Məscidi Əqsaya edilən hücumdan sonra sionist rejimə xəbərdarlıq edərək, Qüds Qılıncının qınından çıxması barədə məlumat veriblər.
Fələstin müqavimət hərəkatları dünən (24 may çərşənbə axşamı) işğalçının pozuntularına lazımi cavabın verilməsi barəsində Qüdsdəki hadisələri yaxından təqib etmək üçün daimi toplantı halında olduqlarını açıqlayıb.
Müqavimət hərəkatlarının birgə bəyanatında deyilir: “İşğal administrasiyasının ifratçı sionist qruplara Təlmudi ayinləri və Məscidül-Əqsa daxilində bəzi cəfəngiyyatlar icra etməsinə icazə verməsi bizim prinsip və dəyərlərimizə qarşı düşmən münasibətin təhlükəli şəkildə gücləndirməsi, xalqımızın və ümmətimizin hisslərini qızışdırması deməkdir.” 
Xatırladaq ki, sionist rejim məhkəməsi ötən bazar günü sionist mühacirlərə mübarək Məscidi-Əqsanın həyətlərində öz dini ayinlərini sərbəst şəkildə icra etmələrinə icazə verən ilkin hökm çıxarıb.