Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb

Bu il üzrə Fizika üzrə Nobel mükafatının qalibləri Alain Aspect, John F.Clauser və Anton Zeilinger olub.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsinin rəsmi saytından bildirilib.

Qeyd edilib ki, qaliblərin elan olunma mərasimi İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Kral Elmlər Akademiyasında keçirilib.