Finlandiyadan Türkiyəyə barışıq mesajı: Aramızdakı vəziyyəti həll edəcəyik

“Əminəm ki, NATO-ya müraciətlə bağlı Türkiyə ilə vəziyyəti həll edəcəyik” – deyə Finlandiya prezidenti Niinisto bildirib.
Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə “terrora dəstək verdiklərini” əsas gətirərək etiraz edib.
Operativ.tv Yenisafak-a istinadən xəbər verir ki, qonşusu İsveçə səfər edən Finlandiya lideri Sauli Niinisto İsveç parlamentində çıxış edərək Türkiyənin iki ölkənin NATO üzvlüyünə münasibətini dəyərləndirib.
Türkiyənin etirazı ilə ortaya çıxan problemin həll olunacağından əmin olduğunu ifadə edən Niisto, iki ölkənin Türkiyə ilə razılığa gələcəyini vurğulayaraq, “Ankaradan gələn açıqlamalar son bir neçə gündə sürətlə dəyişdi və daha sərtləşdi. Bununla belə, əminəm ki, konstruktiv danışıqların köməyi ilə problem həll olunacaq”- deyə bildirib.