Finlandiya və İsveç NATO-ya rəsmi müraciət etdi

Operativ.tv Haber 7-ə istinadən verdiyi xəbərə görə, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi ərizə məktublarını NATO-nun baş katibi Yens Stoltenberqə təqdim ediblər.
Baş katib Stoltenberq İsveç və Finlandiyanın NATO-da akkreditə olunmuş səfirlərindən məktubları alıb.
Burada jurnalistlərə açıqlama verən Stoltenberq, hər ölkənin öz yolunu seçmək hüququna malik olduğunu və iki ölkənin tələblərini alqışladığını bildirib.