FHN-in helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatına qoşuldu - Foto

FHN helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatıına qoşulub.

Bu barədə  Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Fövqəladə Hallar Nazirlyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 22-də saat 06:30 radələrindən Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlamış və 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub.