Fevralda Bakıda adam güllələyənlər Masallıda saxlanıldı

Cari il fevralın 22-də Bakı şəhər sakininə xəsarət yetirən şəxslər saxlanılıb. 

Operativ.tv DİN-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. 

Bakı sakini, əvvəllər məhkum olunmuş Ə.Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirilib. 

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bunu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş P.Mayılov və hadisədə iştirak etmiş digər şəxslər - Hacıtəpə kənd sakinləri T.Salmanov və əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılaraq Binəqədi RPİ-nin əməkdaşlarına təhvil veriliblər.