Fatimeyi-Zəhranın mövluduna hazırlıq işlərinə başlanılıb

Yanvarın 23-də İmam Hüseynin (ə.s) hərəmində Xanım Zəhranın (s.ə) mövludu günü qeyd olunacaq. Bu barədə ziyarətgahın saytında xəbər verilib.

Tədbirin 3 gün davam edəcəyi bildirilib. Hərəm rəsmisi Əli Kazim Sultanın sözlərinə görə, mövlud məclisinə 10-dan çox ölkənin din xadimiləri qatılacaq.

Keçirilən bayram tədbirində Xanım Zəhranın (s.ə) xütbəsinin hifzi üzrə müsabiqə, kitab sərgisi və qadınlar üçün xüsusi proqramlar keçiriləcək.

Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhranın (s.ə) mövludu camadius-sani ayının 20-si (23 yanvar) tarixinə təsadüf edir. Mövlud günü hər il olduğu kimi, Azərbaycanda da qeyd olunacaq. Yaxın günlərdə məclislərin hansı məscidlərdə keçiriləcəyi haqda məlumat ictimaiyyətə təqdim olunacaq.

 

Sirat.az