Fars körfəzində ABŞ dəniz donanması ilə İran hərbi helikopterləri arasında gərgin anlar yaşanıb (VİDEO)

 Fars körfəzində İrana məxsus hərbi helikopterlər ABŞ-ın LHD-2 helikopter daşıyıcı gəmisi üzərində uçuşlar həyata keçirib.

SalamNews xəbər verir ki, İran KİV-ləri Fars Körfəzində iki ölkə hərbi qüvvələri arasında gərgin anları ehtiva edən görüntüləri yayımlayıblar.

Bildirilib ki, İranın hərbi helikopterləri ABŞ Dəniz Donanmasına məxsus helikopter daşıyıcı LHD-2 gəmisi üzərində çox yaxından uçuşlar həyata keçirib.

Qeyd edək ki, İranın İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələri də ötən həftə ABŞ Hərbi Dəniz Donanması ilə çox gərgin anları ehtiva edən görüntüləri yayımlamışdı. İran tərəfi bildirib ki, İran neft tankerinin yükü oğurlanaraq ABŞ Dəniz Donanması nəzarətində olan bir tankerə yüklənib və onlar bu gəmini daha sonra ələ keçiriblər.