Estoniyalı nazir Finlandiyanın baş nazirini təhqir edib

Estoniya Daxili İşlər naziri, Mühafizəkarlar Xalq Partiyasının sədri Mart Helme, ölkənin nəqliyyat və rabitə naziri Sanna Marinin Finlandiyanın Baş naziri təyin olunmasını şərh edərək, "satıcı qadın baş nazir səviyyəsinə yüksəldi", - deyə bildirib. Bu barədə "TRE Raadio" radiostansiyası xəbər verir.

 

Onun fikrincə, belə bir təyinatdan "adamın saçı biz-biz durur".

 

"Bununla əlaqədar Leninin bir sözü yadıma düşür: hər bir aşbaz baş nazir ola bilər", -Helme deyib.

 

O düşünür ki, məhz bu şəkildə "satıcı qadın baş nazir vəzifəsinə qalxıb."

 

Helme həmçinin "küçə fəalları və savadsız insanların" Finlandiya hökumətinin üzvü olmasına təəssüfləndiyini bildirib.