Ermənistanda əsgər özünü güllələyib

Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müdafiə məntəqəsində müqavilə üzrə xidmət edən Geqam Viktoroviç Haçatryan arxasına bağlanmış pulemyotdan özünə atəş açıb.

 

Operativ.tv-nin məlumatına görə, bu barədə "Armenpress" portalı Ermənistan İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən yazıb.

 

İnsidentlə bağlı cinayət işinə başlanılıb.