Ermənistan müxalifəti Nikol Paşinyanın əvəzinə baş nazir postuna vahid namizəd kimi keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyanı seçib.
Bu barədə "RBK"-ya "Vətən" partiyasının idarə heyətinin üzvü Robert Arutunyan məlumat verib.
"İnterfaks"a da Ermənistanın müxalif partiyalarından eyni informasiya ötürülüb.
"Vazgen Manukyan Ermənistanın keçid hökumətində baş nazir postuna namizəd olacaq", - deyə rus nəşrinə açıqlama verən müsahib bildirib.
Vazgen Manukyan 1990-1991-ci illərdə Ermənustanda baş nazir olub, Qarabağda müharibənin getdiyi 1992-1993-cü illərdə isə o, müdafiə naziri postunu tutub.
Ermənistanda Paşinyanın yerinə namizəd seçildi