Ermənistanda koronavirusa yoluxanların sayı artıb

Ermənistanda daha 425 nəfərdə koronavirus aşkarlanıb.
 
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
 
Bununla da Ermənistanda virusa yoluxanların sayı 17 489-a yüksəlib.
 
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 293-ə çatıb. İndiyədək 6 571 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 529 aktiv koronavirus xəstəsi var.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.