Ermənistanda koronavirusa yoluxanların sayı artıb

Ermənistanda koronavirusa yoluxanların sayı 1 159-a çatıb.
 
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb.
 
Məlumata görə, son sutkada ölkədə virusa 48 yoluxma halı qeydə alınıb. Ötən gün koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 18-yə yüksəlib. 
 
358 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 084 000-i ötüb. Bunların 515 243 nəfəri sağalıb, 134 677 nəfəri isə ölüb.