Ermənistan Qazaxıstanda keçiriləcək KTMT təlimlərində iştirak etməyəcək

Ermənistan Silahlı Qüvvələri sərhəddə yaranmış vəziyyətlə əlaqədar KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələrinin sentyabrın 26-dan oktyabrın 8-dək Qazaxıstan ərazisində keçiriləcək təlimlərində iştirak etməyəcək.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.“Müdafiə Nazirliyi  Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyəti nəzərə alaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri qarşısında qoyulmuş tapşırıqları əsas götürərək, KTMT çərçivəsində Qazaxıstan Respublikasında keçiriləcək təlimlər iştirakdan çəkinmək qərarına gəlib. ”, - məlumatda qeyd olunub.