Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirilib

Ermənistan Milli Assambleyasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin qapalı müzakirəsi keçirilib.

SalamNews -un news.am-a istinadən verdiyi xəbərə görə, iclasda sərhədin demarkasiyası məsələləri də müzakirə olunub.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Kamo Koçuns və Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan məruzə ilə çıxış edib.