Ermənistan müxalifəti XİN-in binasının girişini bloklayıb

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Müqavimət” hərəkatının üzvləri İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıb.

Operativ.tv APATASS-a istinadən xəbər verir ki, bir neçə min etirazçı polis koridorunu yararaq XİN binasının giriş və çıxışlarını bloklayıb.Müxalifətin liderlərindən biri, vitse-spiker XİN-nin artıq Ermənistan dövlətinin maraqlarına xidmət etmədiyini söyləyib.