Ermənistan müxalifəti prezident sarayının binasına girişləri bağlayıb

Ermənistanın “Müqavimət” hərəkatının fəalları mayın 25-də səhər saatlarında Baqramyan prospektində yerləşən prezident sarayının əsas və xidməti girişlərini bağlayıblar. 

Operativ.tv SalamNews- istinadən xəbər verir ki, bu barədə "TASS"ın hadisə yerində olan əməkdaşı məlumat verib.

"Biz ona görə buradayıq ki, burada oturan şəxs, prezident Vaaqn Xaçaturyan da Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir", deyə Ermənistan parlamentinin üzvü Aspram Krpeyan bildirib.