Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.

Operativ.tv SalamNews-a istinadla xəbər verir.

Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl Azərbaycan toponimləri yer alıb.

Beləliklə, yoxlama məntəqələribu ərazilərdə quraşdırılacaq:

- "Sotk" ("Kəlbəcər"), Geqarkunik rayonu (Kəlbəcər rayonu)

- "Yerasx" ("Sədərək"), Ararat rayonu (Sədərək rayonu)

- "Qaraunc" ("Eyvazlı"), Sünik rayonu (Qubadlı rayonu)

Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən növbəti gün qüvvəyə minir.