Ermənilər Ordubad ərazisinə raket zərbəsi endirdi

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.