Emmanuel Makron Ərəbistana səfər edib

Fransa prezidenti bu gün Məhəmməd bin Salmanla bir sıra danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedib.

Bu səfər 2018-ci ildə Camal Qaşıqçının qətlindən sonra qərb dünyasının yüksək səviyyəli liderinin Ərəbistana ilk səfəridir. Yüzə yaxın kommersiya şirkətindən ibarət nümayəndə heyəti Ərəbistanda investisiya şəklində iştirak etmək üçün bu səfərdə Makronu müşayiət edir.

Makron Dubayda jurnalistlərin bu səfərin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə legitimlik verdiyi ilə bağlı suallarını rədd edərək deyib: Ərəbistanı görməzlikdən gəlməklə bölgədəki müxtəlif böhranları həll etmək mümkün deyil!